Avrora
Xəritə mühəndisi
İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Tikinti sahəsində bütün geodeziya və xəritəçəkmə işlərinə nəzarət edilməsi və rəhbərlik edilməsi;
- Podratçı geodeziya mühəndislərinin işlərini yoxlamaq, texniki cəhətdən düzgünlüyünə nəzarət edilməsi;
- Tikinti üzrə əsas baza nöqtələrinin (benchmark, koordinat sistemi, ox və hündürlük nişanələri) qurulmasına rəhbərlik edilməsi;
- Podratçıların həyata keçirdiyi tikinti quraşdırma işlərinin düzgünlüyünün yoxlanılması;
- As-built ölçmələrinin layihə ilə uyğunluğunu yoxlanılması və qeydiyyata alınması;
- Podratçılar tərəfindən təqdim olunan ölçü aktları, protokollar və xəritələrin yoxlanması, düzəlişə verilməsi və təsdiqlənməsi;
- Geodeziya cihazlarının düzgün işləməsi, periodik kalibrasiyası və texniki vəziyyətinə nəzarət edilməsi;
- Tikinti sahəsində layihəçi, texniki nəzarətçi və digər aidiyyəti qruplarla koordinasiyalı şəkildə işlənilməsi;
- Görülən işlərin ölçü baxımından düzgünlüyünə nəzarət edilməsi;
- Həcimlərin hesablanması və düzgünlüyünün yoxlanması;
- Podratçıların hazırladığı İPC lərin inşaat (qazıntı, əksdolğu, beton) hissəsinin yoxlanması;
- Görülmüş işlərin ölçü jurnallarında, aktlarda və hesabatlarda düzgün şəkildə sənədləşdirilməsinə nəzarət edilməsi;
- Ölçü işlərinin Azərbaycan Respublikasının normativ sənədlərinə və beynəlxalq standartlara uyğun icrasının təmin edilməsi;
- Ehtiyac yarandıqda əlaqəli işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
- Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
- Layihə rəhbərinə mütəmadi hesabatın verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- AutoCAD, Civil 3D və ya NetCAD, Tekla Structures, MS Office proqramları üzrə biliklər;
- Qazıntı, təməl, beton, kolon, montaj işləri üzrə trasirovka və dəqiqlik ölçmələrinin aparılması.
- Koordinat və hündürlük sistemləri (WGS84, UTM, yerli sistemlər və s.) üzrə təcrübə.
- Topoqrafik xəritə tərtibatı, relyef modeli çıxarışı və həcm hesabatları üzrə bacarıqlar
- Podratçıların təqdim etdiyi ölçü materiallarının analiz edilməsi və rəy hazırlanması
- Cihaz kalibrasiyası, texniki qulluq və təhlükəsiz istifadə prinsiplərinə bələdlik
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil (Geodeziya, Xəritəçəkmə, Tikinti mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: Minimum 6 il iş təcrübəsi (Tikinti sahəsində iri həcmli layihələrdə iştirak təcrübəsi olanlara üstünlük verilir)
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Avrora Sənaye Parkı (Hökməli)
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xəritə mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.