Hüquqşünas

Dəmirçi Plaza, Xocalı prospekti, Baku, Azerbaijan
08/09/2024
Təcili
Application ends: 14/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
14/10/2024

İşin təsviri

Legalize Hüquq Şirkəti “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hüquqi yeniliklərin təhlili və araşdırılması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati, müqavilə hüququnu bilməsi;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması
  • Funksiyalarına uyğun olaraq fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxmaq;
  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması
  • Vəzifəsindən irəli gələn digər hüquqi tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

  • Hüquq üzrə ali təhsili; 
  • Kişi namizədlər üçün – hərbi xidmət keçmiş olması
  • Ana dili səviyyəsində Azərbaycan dili, B2-C1 səviyyəsində rus və ingilis dilləri;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
  • Ünsiyyət bacarıqları;
  • Kollektivlə iş bacarığı;
  • Məsuliyyətli, həvəsli, öyrənmək istəyi.
  • Yaş: 23-25;
  • 1-2 il iş təcrübəsi

 İş vaxtı: 5 (beş) günlük.

İstirahət günü: şənbə, bazar.

İş yeri: Baki şəhəri, Xocalı prospekti 37, Dəmirçi Plaza, 16-cı mərtəbə ofis 1602. Əmək haqqı müsahibə zamanı elan ediləcəkdir. Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Hüquqşünas” yazaraq) [email protected] poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət haqqında – LEGALIZE Law Firm