Laboratoriya – Mütəxəssis

Bakı, Azerbaijan
17/09/2024
Təcili
Application ends: 11/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
11/10/2024

İşin təsviri

Şöbə: Hazır Beton Məhsulları və Doldurucuları

Vəzifə növü: Tam iş vaxtı

Əmək vəzifələri:

  • Müəssisədən kənarda sınaq nəticələrinin və müştəri məlumatlarının məxfiliyini təmin etmək,
  • Tikinti materiallarından (doldurucular, beton, kimyəvi əlavələr, sement və sair) standart nümunə alma prosedurlarına uyğun olaraq nümunələrin alınması,
  • AZS İSO/İEC 17025:2020 standartının 6.2.5 bəndinin əsasən, Holcim Hazır Beton keyfiyyət laboratoriyasında hər bir sınağın aşağıdakı standartlara uyğun olaraq aparılması və öz imzası ilə təsdiq etməsinə səlahiyyətli olması və buna görə məsuliyyət daşıması
  • Keyfiyyətə Planında təsvir olunan bütün sınaqlar (HBQ-da konus çökməsi və temperatur sınaqları, kimyəvi əlavələrin sınaqları, doldurucuların sınaqları və bərkimiş betonun sınaqları) dəqiq və vaxtında AZS, AASHTO, ASTM, DINŞ EN, BS, GOST və digər standartların sınaq prosedurlarına uyğun olaraq həyata keçirilməsi
  • Müşahidə edilən uyöunsuzluqlar barədə dərhal Xətt Rəhbərinə məlumat vermək
  • Sahə və laboratoriya sınaq nəticələrinə uyğun protokollarının hazırlanması
  • Bütün sınaq nəticələrinin dəqiqli və vaxtında qeydiyyata alınması
  • İstifadə etdiyi avadanlıqların saz vəziyyətdə saxlanılması və nasazlıq yarananda dərhal Xətt Rəhbərinə məlumat vermək
  • Görülən bütün keyfiyyət təminatı müddəalarına əməl olunmasını təmin etmək
  • HBQ-na tikinti sahəsində keyfiyyətinə cavabdehlik
  • Məhsulun keyfiyyətindən olan şikayətlərin həllində iştirak etmək
  • Səlahiyyətli Menecer tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmə
  • Bütün təşkil edilən daxili təlimlərdə iştirak etmək
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədi ilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olamq və ona əməl olunmasına ciddi riayət etmək

Tələb olunan keyfiyyətlər:

  • Tələb olunan təhsil (qanunla təsdiq olunan sənəd) :Tikinti və İnşaat sahəsində Orta İxtisas və ya ali təhsil 
  • İş təcrübəsi: Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi

Müraciət Proseduru 

Maraqlananlar CV-ni mövzu hissəsində “Laboratoriya üzrə Mütəxəssis” yazmaqla elektron ünvana göndərə bilərsiniz.

Elan olunmuş vəzifə üzrə üçün bütün müraciətlər qiymətləndiriləcək və bərabər imkanlar veriləcəkdir

#LaboratoriyaMütəxəssisi #HolcimAzərbaycan #TikintiMaterialları #BetonKeyfiyyəti #İnşaatVakansiya #Sement #QaradağSement #BakıJobs

Şirkət haqqında – Holcim

Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.

Holcim Azərbaycan ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim Azərbaycan ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim Azərbaycan ASC oldu.

Sement, beton və aqreqatlar sektorlarda 100 ildən artıq təcrübəsi ilə Holcim tikinti materialları sənayesində aparıcı şirkətdir. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.