İşin təsviri
Daşınmaz Əmlak İnvestisiya Şirkəti rəhbərliklə çalışacaq SÜRÜCÜ-İNZİBATÇI vəzifəsinə aşağıdakı tələb və təkliflə namizədləri nəzərdən keçirir:
Tələblər:
- 25-45 yaşında, Bakı şəhərində minimum 3 il sürücü təcrübəli;
- yüksək nizam-intizamlı, səliqəli, sağlam və siqarət çəkməyən;
- İşini sevən, qarşılıqlı hörmət və etibar mühitinin qədrini bilən;
İş haqqında məlumat:
- İçərişəhərdə yerləşməklə, 5-günlük iş cədvəli;
- Əmək haqqı: Təcrübəsindən asılı olaraq, başlanğıc 850-1,000 AZN net əmək haqqı ilə.
Yuxarıdakı vəzifənin tələblərinə uyğun namizədlər CV-lərini qeyd edilmiş e-mail ünvanına göndərə bilər.
#Sürücüİnzibatçı #İşVakansiya #Bakıİşi #DaşınmazƏmlak #İşElanları #Karyera #MPGroup
Şirkət haqqında
PAŞA Biznes Sisteminin bir hissəsi olan MP Group, Bakı Baş və İstanbul Filialları vasitəsilə Azərbaycan və Türkiyəni əhatə edən özəl daşınmaz əmlak investisiya və inkişaf şirkətidir.