İşin təsviri
Göstərilən şərtlərə diqqət yetirin. SV-ni göndərməzdən əvvəl elanı yenidən oxuyun.
İş barədə məlumat:
- Şirkətin sifarişlərinin qrafik əsasında təyin olunmuş ünvanlarda müştərilərə çatdırılması;
- Şəhərdaxili məhsul çatdırılmasını təmin etmək;
- Məhsulların sifarişçilərə təhvil-təslimi prosesini sənədləşmə üzərindən icra etmək;
- Anbardan və ya mağazadan məhsul çıxışı zamanı sənədləşmə üzrə onları qəbul etmək və ya təhvil vermək;
- Avtomobildən istifadə zamanı texniki istismar qaydalarına əməl olunması;
- Avtomobilin istismarı zamanı meydana gələn nasazlıqlar barədə aidiyyatı rəhbərliyə əvvəlcədən məlumat vermək;
- Maşın şirkət tərəfindən verilir və günün sonunda ofis dayanacağında qalır.
- Yaş: 25 – 45 yaş arası;
- Bəy namizədlər tələb olunur
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır);
- Dil bilikləri : Azərbaycan dili-səlis
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
İş rejimi:
- 5 günlük iş rejimi (09:00-18:00)
- Əmək haqqı: 500 AZN
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə verilir
- İş yeri: Kazim Kazimzadə 7,
Xahiş edirik, SV göndərərkən, tam məlumatlarınızı, yaşınızı və yaşayış yerinizi yazın. Fotoşəkilsiz SV nəzərə alınmayacaq. Zəhmət olmasa tələbləri və şərtləri diqqətlə oxuyun.
Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Sürücü ekspeditor” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
#Sürücü #İşVakansiya #Bakıİşi #Ecopress #Karyera #Sənədləşmə #Logistika
Şirkət haqqında
Ecopress şirkəti 2016-cı ildən fəaliyyət göstərir. Brendimiz lazer printerlər üçün müxtəlif növ uyğun kartriclər təklif edir. Rəqiblərimizlə müqayisədə, şirkətimiz bir çox üstünlüklərə malikdir.
Ecopress kartricləri dünya brendi olan istehsalçıların məhsulları ilə müqayisədə daha qənaətli və dolum üsulu ilə müqayisədə çox keyfiyyətlidir.Şirkətimiz müxtəlif sahələrdə fəaliyyət göstərən, bir sıra qabaqcıl təşkilatlarla əməkdaşlıq edir.
- Ünvan: Narimanov dist., Kazim Kazimzada str. 7 (Green Park), AZ1008 Baku/Azerbaijan
- Əlaqə nömrəsi:+994 12 533 55 33 , +994 70 533 55 33
- Vebsayt: ecopress.com