Satış üzrə menecer

Bakı Azərbaycan
23/09/2024

Apply for this job

Son tarix:

İşin təsviri

Əmək haqqı:   1500-2000 AZN + bonuslar

Tələblər:

  • 25-45 yaş;
  • Ali texniki və ya iqtisadi təhsil;
  • Dillər : azərbaycan dili, rus dili
  • Ofis proqramlarını bilmək
  • Satış və marketinq sahəsində iş təcrübəsi 2 ildən az olmayaraq
  • Ünsiyyət qurmaq bacarığı
  • Kollektivdə işləmək bacarığı
  • Yanğından mühafizə sahəsi üzrə biliklər arzuolunandır

Vəzifə təlimatı:

  • Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti;
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması.
  • Yeni müştərilərin axtarışı və cəlb olunması. 
  • Satış proqramının hazırlanması;
  • Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması.
  • İşgüzar tədbirlərdə şirkətin təqdim olunması.
  • İşgüzar görüşlərin təşkili və aparılması.         
  • Satdığı məhsulları və ya brendi təmsil etmək;
  • Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək;
  • Fəaliyyət bölgənin bazarını analiz edə bilmək;
  • Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün davranış tərzi.
  • Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;                
  • Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;       
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı.

Göndərilən məktubun “mövzü” yerində “Satış üzrə menecer” qeyd edin.

#FireSafetyCaspian #SatışMeneceri #YanğınMühafizəsi #SatışVakansiya #Bakıİşi #Karyeraİmkanı #AvadanlıqSatışı #Vakansiya #Təhlükəsizlikİşi #İşElanı

Şirkət haqqında – Fire Safety Caspian Azerbaijan

“Fire Safety Caspian Azerbaijan” MMC 2018-ci ildə Xəzər regionunda Britaniya standartlarına uyğun olaraq yanğınla mübarizə və xilasetmə avadanlıqlarının təmini və təhcizi üçün yaradılmışdır. FSCA depoları geniş şəkildə xilasetmə sahəsində müştərilərin hər hansı arzu və tələblərini ödəmək üçün yanğınsöndürmə avadanlığından ibarətdir.

Avadanlıq spektri: Hava təmizliyinin təhlili üçün avadanlıq, Tənəffüs aparatı ,Odadavamlı örtük və Dolablar, Yanğına qarşı köpük, Yanğın söndürən şlanqları üçün çarxlar, Yanğın Şlanqları, Stasionar yanğın söndürmə sistemləri – (CO2, su), Portativ Qaz Detektorları, Şişirilmiş xilasetmə gödəkçələri, Fotoluminesent təhlükəsizlik işarələri, Portativ Yanğın söndürücülər (NAFFCO), Xilasedici sal, Su / köpüklənmə üçün avadanlıq; injektorlar, induktorlar və monitorlar və s.

Qeyd edək ki, 2018-ci ildə FSCA MMC müxtəlif tipli 14 min ədəd yanğınsöndürmə avadanlığının xidmətin saxlanmasına dair SOCAR-la müqavilə bağlayıb.