Anbardar (Qəbələ)

Chenot Palace Gabala, Azerbaijan
26/09/2024
Application ends: 16/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
16/10/2024

İşin təsviri

Şöbə: Təchizat

Ünvan: Qəbələ 

Vəzifə öhdəlikləri:

  • Müəssisəyə daxil olan bütün malların qəbulunda iştirak etmək, müvafiq anbarlarda optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin edilməsi.
  • Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi. 
  • Mallar və xidmətlərin effektiv qəbulundan istifadə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat şöbəsinin Menecerinin verdiyi təlimat vasitəsilə nail olmaq.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək, düzgün əməliyyat standartları və prosedurlarına riayət olunmasını təmin etmək:
  • Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi.
  • Çatışmayan malın kodunu, nömrəsini, adını, təslim etmə vahidini və minimum və maksimum ehtiyat həcmlərini müəyyən edilməsi.
  • Anbarlardan çıxan bütün malların təslimatının tam başa çatdırılmış, hesabı bağlanmış/təsdiq olunmuş anbar tələbnamələrinə görə aparılmasının təmin edilməsi.
  • Anbardakı bütün yarım bölmələrlə, mal qəbul edən, mal göndərən və qəbul edənlə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq edilməsi
  • Şöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək.
  • Anbarda saxlanılan məhsullar üçün müəyyən kompüter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək.
  • Maliyyə Şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı hazır olmaq. 

Namizədə tələblər:

  • Ali və ya ixtisas təhsili;
  • Anbardar vəzifəsində ən az 3 il iş təcrübəsi;
  • MS Office və 1C bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan. 

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Maraqlanan namizədlər CV’lərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd etmələri xahiş olunur.

#ChenotPalace #AnbardarVakansiyası #Qəbələ #Təchizat #Logistika #İşİmkanı #DetoksSpa #Səhiyyə #TibbiSpa

Şirkət haqqında

Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno Metoduna® əsaslanan Chenot Palace Gabala, heyranedici təbiətin sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir. Struktur bütünlüklə sağlamlığın möhkəmləndirilməsi və səhhətin yaxşılaşdırılmasına təşviq olunub və hal-hazırda 6000 m2 sahədə müasir tibbi spa mərkəzi yerləşdirilib. Burada hər bir qonaq Chenot xidmətlərindən, tibbi və spa prosedurlarından yararlanır, tibbi müayinədən keçir və pəhriz qaydalarına riayət edir. Məqsəd – bədən və zehnin bərpası və detoksikasiyasıdır. Bunlarla yanaşı, burada əlavə tibbi estetik prosedurlar, yüksək səviyyəli metabolik laboratoriya, -110° C krio kamera, fiziki sağlamlığı yoxlama üçün anti-gravitasiya texnologiyası və hündürlük kamerası da var. Qonağın kompleks və sistemli üsullar əsasında tibbi müayinədən keçməsi və müasir vasitələrlə ona diaqnozun qoyulması, xüsusi tibb mütəxəsisslərinə qonağın fiziki sağlamlığının carı vəziyyətini qiymətləndirməyə, onun fərdi tələblərini anlamağa və individual prosedur üçün plan tərtib etməyə imkan yaradır.