Dispetçer

Bakı şəhəri, Binəqədi rayonu
29/09/2024
Application ends: 08/11/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
08/11/2024

İşin təsviri

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu

Vəzifə öhdəlikləri :

  • Sifariş edilən yüklərin qəbul edilməsi üçün işçilərin təyini, aktların yoxlanmasına nəzarət, sənədlərin təhvili, fakturalar üzrə maşınların yüklənməsini təşkil etmək;
  • Sifarişlərin komanda üzrə bölüşdürülməsini təşkil etmək;
  • GPS qurğuları üzrə sürücülərin hərəkətinə nəzarət etmək;
  • Sürücülərin hərəkət marşurutlarını müəyyən etmək;
  • Reysə buraxılan maşınların və işçilərin uçotunu aparmaq;

Namizədə dair tələblər :

  • Təhsil: Ali
  • Təcrübə: Logistika sahəsi üzrə 1 il
  • Nəqliyyat sistemləri, yol hərəkətinin təşkili və idərəedilməsi sahəsində bilik və təcrübəyə malik olmaq
  • Yol infrastrukturu, qovşaqları və yol hərəkətinin təşkili barəsində yaxşı biliklərə malik olan
  • Ünsiyyət bacarığı
  • Komandada işləmə bacarığı

Şərtlər :

  • İş günləri : Həftənin 6 günü (bazar günü istirahət)
  • İş yeri : Bakı şəhəri, Binəqədi rayonu

Əlavə məlumatlar:

  • Tibbi sığorta
  • Təlim və inkişaf imkanları
  • Korporativ nömrə

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Dispetçer” vəzifə adını və şəhər adını qeyd etməyiniz vacibdir.

Şirkət haqqında

Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir. Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.

“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

  • Ünvan: Yasamal ray., H.Cavid pr., Mirvari park yaşayış kompleksi
  • Əlaqə nömrəsi: (012) 977

#Dispetçer #Logistika #Nəqliyyat #MarsOverseas #Pepsico #İşVakansiyası #Bakı #İşElanı #JobOpening #Bakıİş