Dron sürücüsü

Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç., 1025
02/10/2024
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024
600AZN - 1300AZN / month

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Nəzəri, simulyasiya və uçuş təlimlərində PUA Pilotu kimi xidmət etmək;
  • Yer və uçuş sınaqlarında iştirak etmək;
  • Müvafiq yerlərdə təlim, sınaq, quraşdırma və ya uçuş işlərinə uyğunlaşmaq; 
  • Dronun təhlükəsiz şəkildə uçuşunu ve yerə endirilməsini təmin etmək;
  • Canlı görüntü zamanı verilən tapşırıqları vaxtında və dəqiq icra etmək;
  • İstifadə etdiyi cihazların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək.

Tələblər:

  • Ali texniki təhsil arzu olunandır ;
  • 29 yaşa kimi bəylər;
  • Hərbi mükəlləfiyyətli;
  • Aviasiya biliklərinin olması;
  • Real şəraitdə Dron sürücüsü kimi 50 saat sürüş təcrübəsi;
  • Müxtəlif hava şəraitlərində peşəkar foto və videoların çəkilişini üzrə bacarıqlar;
  • Sürətli iş mühitində işləmək;
  • MS Office programları üzrə biliklər.

Səriştələr:

  • Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;
  • İnkişafa yönümlü və innovativ;
  • Operativlik və çeviklik;
  • Nəticə yönümlü.

Üstünlüklərimiz:

  • Karyera inkişafı;
  • Şirkət tərəfindən nahar;

Əmək haqqı:

  • Namizədin bacarıqlarına və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir: 
  1. Kiçik mütəxəssislər – 600 – 900 AZN 
  2. Orta səviyyəli mütəxəssislər – 1000 – 1200 AZN 
  3. Peşəkar mütəxəssislər – 1300 AZN +
  • Ezamiyyə xərcləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Vakansiyanın tələblərinə uyğun gələn namizədlər mövzu hissəsində “Dron sürücüsü” qeyd  edərək cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.

#DronSürücüsü #İKT #NəqliyyatVəLogistika #İşElanı #DronPilotu #İKTex #Texnologiyaİşləri #PUAPilotu #Karyeraİmkanları #AviasiyaVəzifələri

Şirkət haqqında

2006-cı ildən İnformasiya Texnologiyaları sektorunun korporativ proqramlaşdırma sahəsində fəaliyyət göstərən “İKTex” şirkəti kifayət qədər böyük layihələrə, uğurlara imza atmışdır. Şirkətin korporativ proqram təminatlarının yaradılması, texniki dəstək, radioelelktron texnoloji vasitələrin analiz olunaraq tətbiqi, avtomatik idarə olunan giriş-çıxış sistemlərinin qurulması, biometrik məlumatların toplanması, emalı xidmətləri göstərməkdədir. 

  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç., 1025
  • Əlaqə nömrəsi: +994124969437
  • Vebsayt: iktex.az