Anbardar köməkçisi

Şıxov
05/10/2024
Application ends: 25/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
25/10/2024
800AZN - 1000AZN / month

İşin təsviri

Anbardar köməkçisi
Şirkət: Global Interiors Group
Sahə: Tikinti, Dizayn, Nəqliyyat, paylama və logistika

İş şəraiti:

  • Pozisiya: Anbardar köməkçisi
  • İş yeri: Şıxov
  • Yaş: 25-45 yaş arası
  • İş qrafiki: 5/1 (bəzən 6-cı günlər yarım iş günü)
  • Əmək haqqı: 800-1000 AZN (namizədin biliyi və bacarıqlarına əsasən)
  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun

Namizədə tələblər:

  • Anbar sahəsində minimum 1 il iş təcrübəsi
  • Ali təhsil
  • Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır)
  • Ofis proqramlarından (xüsusən Excel) sərbəst istifadə bacarığı
  • Bölgelərə bir neçə günlük ezamiyyətə göndərilməyə hazır olmalıdır

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
  • Yüklərin faktiki miqdarını və vəziyyətini yoxlamaq
  • Anbara verilən sorğuları vaxtında cavablandırmaq
  • Qaimə və hesab fakturalar əsasında prosesləri həyata keçirmək
  • Malların səliqəli şəkildə yığılmasını təmin etmək
  • Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək
  • İşçilər arasında iş bölgüsünü aparmaq və davamiyyətə nəzarət etmək
  • Anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını təmin etmək

Müraciət:
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə, “Anbardar köməkçisi” mövzu hissəsində qeyd edərək şəkilli CV-lərinizi elektron poçt ünvanına göndərin.

Şirkət haqqında:

Global Interiors Group 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Tikinti, interyer dizaynı, mebel sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət, layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir, müştərilərə biznes plan və layihə büdcəsinin hazırlanmasında kömək edir.

Ünvan:

Bakıxanov küç. 24, Bridge Plaza, 13-cü mərtəbə, Bakı, AZ1065, Azərbaycan

Əlaqə nömrəsi:

(+99412) 404 50 00

Vebsayt:

www.gig.az

#AnbardarKöməkçisi #Vakansiya #GlobalInteriorsGroup #Nəqliyyat #Logistika #Şıxov #İşElanı