İşin təsviri
Logistika Meneceri | Nəqliyyat, Paylama və Logistika
Vəzifə Təsviri:
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsini və logistika sahəsində xarici əlaqələrin idarə edilməsini təmin etmək.
- Daxil olan və göndərilən yüklərin və sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət etmək.
- Ekspeditorlarla əlaqə saxlamaq, göndərən haqqında məlumatları ötürmək, yükləmə tarixinə uyğunluğun monitorinqini aparmaq və nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğular yaratmaq.
- Daşınma xərcləri, sığorta və gömrük rüsumları ilə bağlı məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasını nəzarətdə saxlamaq.
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar hesabatları hazırlamaq və prosesə nəzarət etmək.
- Nəqliyyat və gömrük sənədləri üçün zəruri icazələrin hazırlanmasını təmin etmək.
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədləri hazırlamaq, vaxtında təqdim etmək (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciət etmək və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət etmək.
- Malların daxil olma cədvəlini və onların dəyərini maliyyə menecerinə hesabat vermək.
- Yeni ekspeditorlarla müqavilələr bağlamaq və yeni tərəfdaşlar axtarmaq.
- Uyğunluq sertifikatlarının alınması üçün sənədləri hazırlayıb göndərmək.
- Sığorta şirkətlərinin tələb etdiyi sənədləri dövlət orqanlarından toplamaq.
- Rəhbərliyin tələbləri ilə həftəlik və aylıq hesabatları təqdim etmək.
Namizədə Dair Tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Azərbaycan, İngilis və Rus dillərini bilmək
- Daxili və xarici daşımalar üzrə biliklər
- Gömrük bəyannaməsi ilə bağlı minimum biliklər
- İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər
#LogistikaMeneceri #Nəqliyyat #Logistika #İşElanı #Karyeraİmkanları #Bakı #İşVakansiyaları