PMO az
About Company
PMO.az Layihə düşüncə məktəbi təlim, sertifikatlaşdırma və layihələrin idarə edilməsini həyata keçirən professional şirkətdir.
Biz layihə idarəçilərinin layihələrin idarəedilməsində təcrübə və alətlərin mənimsənilməsini öyrədir, həmçinin bu müasir professiya üçün yeni mütəxəssisləri hazırlayırıq. Həmçinin Azərbaycanda rəsmi akkreditasiya edilmiş hazırlıq mərkəzi olaraq layihə menecerlərinin beynəlxalq IPMA sertifikasiyasına hazırlayırıq. Bununla yanaşı, PMO.az-ın ekspert komandası təşkilatlarda layihə idarəedilməsi praktikasının həyata keçirilməsini reallaşdırır.
“PMO.az” MMC olaraq, tərəfimizdən Azərbaycanda layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 və AZS ISO 21502:2021 dövlət standartlarının expertizası aparılmış və təqdim edilmiş standart layihələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
PMO.az ilə layihə idarəetməsi sahəsində karyera imkanlarını kəşf edin!