Coders Azerbaijan
About Company
2017-ci ildən fəaliyyət göstərən şirkətimiz, informasiya texnologiyaları sahəsində istedadlı insanların potensialını ortaya çıxarmaq məqsədini güdür. Bizim missiyamız, hər bir insana tələb olunan və yüksək ixtisaslı mütəxəssis olmaq üçün bərabər fürsətlər yaratmaqdır.
İnanırıq ki, təhsil və texnologiya gələcəyi birgə inşa edir və bu inam təhsil yanaşmamızın əsasını təşkil edir. İnnovativ texnologiyaların tədris prosesinə inteqrasiyası ilə tələbələrimizi gələcəyin çağırışlarına hazırlayırıq. Məqsədimiz hər bir tələbənin potensialını maksimum dərəcədə kəşf etmək və onlara yeni başlanğıclar üçün qapılar açmaqdır.
Şirkətimiz, müasir əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislərin yetişdirilməsi ilə yanaşı, yerli və beynəlxalq qurumların kadr seçimlərində iştirak edərək İT sahəsində insan kapitalının inkişafını hədəfləyir.
Coders Azerbaijan ilə İT texnologiya sahəsində karyera imkanlarını kəşf edin!