AFB Bank

Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206/466
Follow us
Open Jobs - 7

About Company

2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur.

Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir.

Strateji Baxışımız

Biznes və Fərdi müştərilərə müasir tələblərə cavab verən keyfiyyətli maliyyə xidmətləri təqdim etməklə Azərbaycan iqtisadiyyatina töhfə vermək.

Missiyamız
    • Müştərilərimizə keyfiyyətli, rəqabətədavamlı xidmət göstərməklə;
    • Yüksək korporativ idarəetmə standartlarını tədbiq etməklə;
    • Rəqəmsal təcrübəni artırmaqla;
    • Dayanıqlı maliyyə prinsiplərini üstün tutaraq Universal Bank olmaqdır.
Korporativ dəyərlərimiz
    • Müştəri məmnuniyyəti – Bankın fəaliyyəti müştəri məmnuniyyətinə əsaslanır və məqsədi onlarla uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaqdır. Müştəri deyildikdə həm daxili, həm də xarici müştəri məmnuniyyəti başa düşülür.
    • Komanda işi – Bankın işçi heyəti vahid komanda kimi fəaliyyət göstərir, onların qarşısında qoyulmuş hədəflərin birgə icrasını təmin edirlər.
    • Daimi inkişaf və innovasiya – Bank həm texnoloji proseslərin, həm də işçi heyətinin daimi inkişafına şərait yaradır, investisiyalar qoyur və son texnologiyaların tətbiqini təmin edir. Bank işçi heyətinin inkişafına xüsusi diqqət verir.
    • Nəticəyə fokuslanma – Bankın əməkdaşları öz fəaliyyətlərində nəticəyə yönlənir “İşi görmək” deyil, “konkret nəticə” prinsipi ilə işləyir, Bankın investorlarının aktivlərini qoruyub dəyərini artırırlar.
    • Çeviklik – Bank idarəetmənin bütün sahələrində operativliyi təmin edir, bazardakı dəyişikliklərə çevik reaksiya verir.
    • Şəffaflıq – Kommersiya və bank sirləri nəzərə alınmaqla, Bank fəaliyyətinin bütün sahələrində şəffaflığı əsas götürür.
    • Keyfiyyət və etibarlılıq – Bank, yüksək keyfiyyətli xidmət və etibarlılıq prinsiplərinə əsaslanaraq müştərilərə uzunmüddətli dəyər təqdim edir.

AFB Bank – Etibarlı maliyyə xidmətləri ilə gələcəyinizi qurun!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Open Position

Be the first to review “AFB Bank”