METAK

Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan
Follow us
Open Jobs - 3

About Company

Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin mərhələdə polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “METAK” şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilmişdir. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır.

Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq.

“METAK” şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair MDB bazarlarında dünyanın aparıcı istehsalçıları ilə apardığı uğurlu rəqabətdən də aydın görmək olar.

Bir yerli istehsalçı olaraq hal-hazırda “METAK” brendi altında 2500-ə yaxın məhsul çeşidi alıcılara təklif olunur. Şirkət artıq 28 yaşını qeyd etmişdir və 900 nəfərlik əməksevər kollektivi ilə gələcəkdə də parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

METAK ilə tikinti materialları, metal və dağ-mədən məhsulları sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Be the first to review “METAK”