Baku Steel Company CJSC

Mir - Cəlal küçəsi 15 (Dərnəgül), AZ 1029 Bakı, Azərbaycan
Follow us
Open Jobs - 0

Send message to "Baku Steel Company CJSC"

Write a review

About Company

“Baku Steel Company” QSC (bundan sonra BSC) Qafqaz regionunda yaradılmış ilk müasir və ən böyük polad tökmə zavodudur. Hazırda müəssisənin illik istehsal gücü 800 min tondur. BSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı sayılan Ümumdünya Polad Assosiasiyasının daimi üzvüdür, həmçinin Cənubi Qafqazda bu təşkilatın üzvü olan yeganə Azərbaycan şirkətidir. 

BSC Azərbaycanda qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən və ixracatçılarından biridir. Şirkət Azərbaycanın tərəfdaşı olduğu beynəlxalq davamlı inkişaf proqramlarının, eyni zamanda ölkənin milli prioritetlərinin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirir və bu istiqamətdə mövcud təşəbbüsləri davam etdirir. 

BSC müasir polad əritmə və fasiləsiz polad tökmə texnologiyasından istifadə edərək kvadrat və dairəvi pəstahlar, inşaat armaturları, neft-qaz sektoru, həmçinin ümumi təyinatlı tikişsiz borular, ferrosilisium, müxtəlif növ şveller, künclük, ikitavr, katanka (polad məftil) və fasonlu tökmələr kimi məhsulların istehsalını həyata keçirir. İxrac coğrafiyası əsasən Avropa ölkələri, Yaxın Şərq və Amerika qitəsini təşkil edir. Hazırda BSC dünyanın 20-dən çox ölkəsinə məhsul ixrac etməkdədir. 

BSC-nin yüksək keyfiyyətli məhsulları, müasir texnologiyası, çoxillik təcrübə və dərin biliklərə malik işçi heyətinin mövcudluğu rəqabət mühitində ən böyük üstünlüklərindəndir. Hazırda şirkətdə 2000-dən çox əməkdaş çalışır.

Baku Steel Company ilə metal və dağ-mədən sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Be the first to review “Baku Steel Company CJSC”