
Azercell
About Company
Azercell fəaliyyətə başladığı 1996-cı ildən etibarən Azərbaycanın mobil kommunikasiya sektorunda yeni səhifə açmışdır. Azərbaycanın ən böyük mobil operatoru olan Azercell həmçinin ölkənin qeyri-neft sektorundakı ən böyük vergi ödəyicisidir. Azercell olaraq daim özümüzü inkişaf etdirməyə inanmışıq, buna görə də dünyanın ən qabaqcıl şəbəkə sistemlərindən olan 5G şəbəkəsinin pilot layihəsini Azərbaycanda ilk dəfə biz öz abunəçilərimizə təqdim edirik.
Məqsədimiz “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik”!
Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir.
Azercell ilə mobil kommunikasiya və rəqəmsal texnologiyalar sektorunda karyera imkanlarını kəşf edin!