Ateshgah Sigorta

N. Yusifbəyli küçəsi 75B Bakı, AZ1110, Azərbaycan
Follow us
Open Jobs - 3

About Company

Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır.

Missiya

Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək.

Vizyon

İnnovasiyalar sayəsində  maliyyə sektorunda lider olaraq qalmaq,  Azərbaycanın mədəni irsinin qorunub saxlanılması,ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq. 

Prinsiplərimiz


Müştəriyönümlülük – müştərilərin ehtiyaclarını başa düşmək və onları təmin etmək məqsədilə şirkətin əlavə müştəri axını və əlavə gəlir imkanını yaratmaq.

Komanda işi – prosese bir nəfəri deyil, bir qrup işçini cəlb etməklə qarşıya qoyulmuş məqsədlərə nail olmaq.

İnsan kapitalına sərmayə – insanın keyfiyyət parametrlərinə, ilk növbədə, onun işçi qüvvəsinə sərmayənin yatırılması (təhsil səviyyəsinə, zehni inkişafa, yaradıcı potensiala, motivasiya sisteminə və s.)

Cəmiyyət qarşısında məsuliyyət – personalın və qonaqların təhlükəsizliyini və rahatlığını təmin etmək, yerli iqtisadiyyata dəstək olmaq, şirkətin çalışdığı təbii, mədəni və ictimai şəraiti qoruyub saxlamaq.

İnnovativlik – biznes proseslərin və bazarın tələbinə uyğun yaradılan sığorta məhsullarının effektiv inkişafını təmin edən yenilikleri tətbiq etmək.

Atəşgah Sigorta ilə sığorta sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Open Position

Be the first to review “Ateshgah Sigorta”