Star Mining LLC

Bakı şəh. ,Səbail ray. ,Qurban Abbasov küç. 29, Bayıl Plaza-II mərtəbə,
Follow us
Open Jobs - 0

About Company

“STAR MİNİNG” MMC 2017-ci ildən etibarən dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması sahəsində fəaliyyət göstərir. Şirkət, Keyfiyyət, Əməyin Mühafizəsi və Təhlükəsizlik, Ətraf Mühitin idarəetmə sistemləri üzrə beynəlxalq standartlar olan ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018-ə uyğun olaraq fəaliyyət göstərir və bu standartların tələblərinə riayət edir. Şirkət həmçinin fəaliyyətində müvafiq qanunverici sənədlərə də ciddi əməl edir.

“STAR MİNİNG” MMC, müasir və sistemli yanaşma ilə mədənçilik, partlayış işləri və daşıma işlərini həyata keçirir. Bu xidmətlər müştərilərin tələblərinə uyğun, yüksək keyfiyyətlə və təhlükəsizlik tədbirlərinə riayət edilməklə yerinə yetirilir. Şirkət, həmçinin müntəzəm olaraq işçiləri üçün Əməyin Mühafizəsi və Ətraf Mühitin idarə edilməsi sahəsində təlimlər təşkil edir və bu sahələrdə mütəmadi olaraq inkişaf və təkmilləşmə tədbirləri həyata keçirir.

Fəaliyyətində İnteqrəedilmiş İdarəetmə Sistemi (İMS) tətbiq edən “STAR MİNİNG” MMC, müvafiq resursların ayrılması və dövlət orqanları ilə əməkdaşlıq yolu ilə İMS məqsədlərinə çatmaq üçün səylərini davam etdirir. Şirkət həmçinin ətraf mühitə zərər vuran amillərin qarşısını almaq və tullantıların təhlükəsiz idarə edilməsi sahəsində ciddi addımlar atır.

Star Mining LLC ilə dağ-mədən və metal sənayesində karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Be the first to review “Star Mining LLC”