PMD Group
About Company
2013-cü ildə təsis edilmiş “PMD Group” MMC daşınmaz əmlakın inkişafı, investisiyası və idarə edilməsi sahəsində Azərbaycanın aparıcı şirkətidir. Şirkət qlobal standartlara uyğun yaşayış, kommersiya, mehmanxana və digər təyinatlı əmlakların inkişaf etdirilməsində peşəkarlığı ilə seçilir.
Şirkətin əsas məqsədi yüksək keyfiyyətli layihələr həyata keçirməklə müasir şəhərsalma və yaşayış tələblərinə cavab verməkdir. Yenilikçi yanaşma, müasir dizayn və funksionallığı özündə birləşdirən layihələri icra etməklə PMD Group müştərilərin məmnuniyyət səviyyəsinin yüksəldilməsini hədəfləyir, eləcə də yerli daşınmaz əmlak bazarında dayanıqlı inkişafa töhfə verən dürüst və etibarlı tərəfdaş mövqeyini qoruyur.
Missiyamız yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini və xidmətlərini təmin etmək, şəffaf və ədalətli biznes təcrübələrinə fokuslanaraq, ən yüksək peşəkarlıq standartlarını formalaşdırmaq, biznes nəticələrində mükəmməlliyə və davamlı inkişafa nail olmaqdır. Biz güclü və uzunmüddətli münasibətlərin qurulmasını hədəfləyən, müştəri yönümlü və nəticə əsaslı iş fəlsəfəsinə sahib olmağa çalışırıq.
Vizyonumuz daşınmaz əmlak sənayesinin bütöv dəyər zəncirindəki imkanlardan faydalanmaqla , effektiv idarəçilik metodlarını tətbiq etməklə və bütün bazara, eləcə də müştərilərimizə innovativ və səmərəli həllər təklif etməklə, daşınmaz əmlakın inkişafı və xidmətləri sektorunda Azərbaycanın aparıcı şirkətlər qrupuna çevrilməkdir.
PMD Group MMC ilə daşınmaz əmlakın inkişafı və idarəedilməsi sektorunda karyera imkanlarını kəşf edin!