Baku Book Center
About Company
2018-ci il sentyabr ayının 1-də Bakı Kitab Mərkəzi rəsmi olaraq açıq elan olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur.
Bakı Kitab Mərkəzinin əsas məqsədi – oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır.
Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada, həmçinin, “I love Baku” brendinin rəngarəng suvenirləri və “Azərmarka” şirkətinin məhsulları təqdim olunur.
Baku Book Center ilə mədəniyyət və təhsil sektorunda karyera imkanlarını kəşf edin!