Express Bank

Bakı, Azərbaycan, AZ1052, Atatürk pr., Yusif Vəzir Çəmənzəminli küç., 134 C
Follow us
Open Jobs - 12

About Company

Hazırda mövcud banklar arasında ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bankımız öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankımızın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

Bu gün Expressbank 700 nəfərdən çox ixtisaslı əməkdaşlardan ibarət mehriban bir komandadır. Bankımız hər bir əməkdaşının peşəkar inkişafına böyük önəm verir. Komandamızın hər bir üzvü həm müştərilərin, həm də həmkarlarının uğurlarına daim sevinir və fərəhlənir.

Expressbank, ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməklə müştərilərə geniş çeşiddə xidmətləri rahat üsullarla təqdim edən və müştəri məmnuniyyətini əsas tutan bir şirkətdir!

Biz korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində olan layihələrə də böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçiririk. Kimsəsiz qocalar, şəhid ailələri və uşaq evlərini ziyarətlə yanaşı hədiyyəli aksiyalar da təşkil edirik.

Bankımız Mastercard International və Visa International beynəlxalq ödəniş sistemlərinin, həmçinin SWIFT beynəlxalq banklararası ödəniş sisteminin üzvüdür. Mütəmadi olaraq dünyanın tanınmış maliyyə institutları, bankları və fondları ilə hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndiririk.  

Expressbank ilə bank sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Open Position

Be the first to review “Express Bank”