Aztelekom

Bakı Şəhəri Yasamal Rayonu, Tbilisi Prospekti., Ev 187-Ci Məhəllə
Follow us
Open Jobs - 0

About Company

Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır.

Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır. 

İllər keçdikcə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılılrdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır.

Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradıldı.

Aztelekom ilə telekommunikasiya və internet xidmətləri sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Be the first to review “Aztelekom”