A+Co ASC

Azərbaycan, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev 121
Follow us
Open Jobs - 0

About Company

Şirkət 1997-ci ildə nar şirəsi xammalının istehsalı və satışı ilə fəaliyyətə başlamışdır. 2006-cı ildən A+CO MMC adı ilə spirtli məhsulların istehsalı üçün lisenziya almış və bu ad altında fəaliyyətini davam etdirmişdir.

Lisenziya əldə etdikdən sonra şirkət əvvəlcə konyak spirti istehsalına başlamış, qısa müddət ərzində isə qablaşdırılmış çaxır, araq və konyak məhsullarının istehsalını və satışını həyata keçirmişdir. Keyfiyyəti ilə yerli bazarda möhkəm yer tutan A+CO, həmçinin çaxır və konyak məhsullarını Çin Xalq Respublikası və Rusiya Federasiyasına ixrac etməyə başlamışdır.

Şirkət Şamaxı və Tovuzda üzüm qəbulu məntəqələri yaratmış, bu məntəqələrdə konyak spirti istehsalı üçün avadanlıqlar qurmuş və hazırda da fəaliyyətini davam etdirməkdədir.

A+CO 2012-ci ildən spirt məhsullarının, 2016-cı ildən isə viski istehsalına başlamışdır. Daha sonra şirkət yeni istehsal xətti – dəmir banka xəttini istifadəyə vermişdir. 2022-ci ildən etibarən şirkətin hüquqi statusu dəyişərək MMC-dən ASC-yə keçid etmişdir.

Hal-hazırda şirkətdə həm dəmir banka, həm də şüşə istehsal xətləri fəaliyyət göstərir.

  • Banka xəttində: Enerji içkiləri, sərinləşdirici qazlı içkilər, soyuq çaylar və 8%-lik spirtli kokteyllər istehsal edilir.
  • Şüşə xəttində: 5%-lik alkoqollu kokteyllər, çaxır, vodka, viski, konyak və spirt istehsal olunur.

Bundan əlavə, A+CO şirkəti “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur və bu markanın ölkə üzrə təmsilçiliyini uğurla davam etdirir.

Şirkət həm istehsal, həm də distribusiya sahəsində fəaliyyət göstərir və yerli və beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıqlarını davam etdirir.

“A+Co ASC: İçkilərin istehsalı və satışı sahəsində karyera fürsətləri!”

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Be the first to review “A+Co ASC”