Code Academy
About Company
Code Academy Haqqında
Code Academy, dörd əsas sahə üzrə mütəxəssis yetişdirən müasir tədris mərkəzidir:
- Proqramlaşdırma
- Dizayn
- İT və Kiber Təhlükəsizlik
- Rəqəmsal Marketinq
2015-ci ildə Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan Code Academy, yüksək texnologiyalar sahəsində peşəkar mütəxəssislər hazırlayır. Məqsədimiz, Azərbaycanda bu sahədə karyera qurmaq istəyənləri dəstəkləmək, onların fərdi və peşəkar inkişafına töhfə verməkdir.
Təhsil strategiyamızın əsas hədəfi, qlobal bazarda rəqabət apara biləcək mütəxəssislər yetişdirməkdir. Bu məqsədlə, sektorun dəyişən ehtiyaclarını yaxından izləyir və şirkət rəhbərləri ilə daimi ünsiyyət quraraq tədris proqramlarımızı yeniləyirik.
Məzunlarımızın uğurlu karyera qurması Code Academy-də təhsilin müasir dövrün tələblərinə tam cavab verdiyini sübut edir. Tədris prosesini uğurla tamamlayan tələbələr beynəlxalq sertifikatlar əldə edərək, həm ölkə daxilində, həm də beynəlxalq arenada karyera qurmaq imkanına sahib olurlar.
Code Academy – Proqramlaşdırma, dizayn, İT və rəqəmsal marketinq sahələrində peşəkar mütəxəssislər yetişdirən müasir tədris mərkəzi.