Caspian Innovation Center

Afiyəddin Cəlilov 27A, Bakı, Azərbaycan
Follow us
Open Jobs - 0

Send message to "Caspian Innovation Center"

Write a review

About Company

Caspian Innovation Center 2017-ci ildə Azərbaycanın qlobal brendi SOCAR və dünyanın aparıcı İT şirkətlərindən biri olan IBM-in birgə təşəbbüsü ilə yaradılmışdır. Şirkətimizin əsas məqsədi ölkəmizdə və beynəlxalq arenada rəqəmsal transformasiya proseslərini uğurla həyata keçirərək iqtisadi inkişafı dəstəkləmək, müasir texnologiyaların tətbiqi ilə müəssisələrin rəqabət qabiliyyətini artırmaqdır.

Fəaliyyət sahələrimizə biznesin transformasiyası üzrə yol xəritələrinin hazırlanması, müxtəlif proqram təminatlarının tətbiqi və dəstəklənməsi, SAP platforması üzərində Biznes Resurslarının Planlaşdırılması (ERP) sistemlərinin qurulması, elektron sənəd dövriyyəsinin təşkili, İT infrastrukturunun yaradılması və davamlı texniki dəstək xidmətlərinin göstərilməsi daxildir.

Caspian Innovation Center dünyanın aparıcı texnologiya şirkətləri və konsaltinq qurumları ilə əməkdaşlıq edərək bir sıra irimiqyaslı layihələri uğurla həyata keçirmişdir. Daim yenilikləri izləyərək, müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərmək, onların inkişafına töhfə vermək və rəqəmsal gələcəyə uğurla addımlamalarına dəstək olmaq əsas prioritetlərimizdəndir.

Caspian Innovation Center – Rəqəmsal transformasiya və İT həlləri!

Şirkət ölçüsü
Orta sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
51 - 250

Be the first to review “Caspian Innovation Center”