MPAY QSC
About Company
MPAY – Sürətli Ödənişin Yeni Ünvanı
MPAY, ödəniş və köçürmə əməliyyatlarınızı daha asan, daha sürətli və daha təhlükəsiz həyata keçirmək üçün yaradılmış innovativ ödəniş platformasıdır. Rəqəmsal və nağd ödəniş kanallarımız sayəsində həm veb və mobil tətbiq, həm də terminal vasitəsi ilə əməliyyatlarınızı istənilən yerdən idarə edə bilərsiniz.
Əsas Xüsusiyyətlər:
- Avtomatik Ödəniş və Borc Bildirişi: Seçilmiş ödənişləri və köçürmələri siyahıya əlavə edərək, gələcək əməliyyatlar üçün avtomatik ödəniş funksiyasından və borc bildirişlərindən yararlanın.
- NFC Texnologiyası ilə Ödənişlər:
- Zenner NFC Kartı: Android smartfonları üçün aktiv olan Azəriqaz Zenner NFC ödənişləri ilə evdən çıxmadan ödənişlərinizi asanlıqla tamamlayın.
- Gallus Pay NFC Kartı: Həm Android, həm də iOS sistemli smartfonlarda aktiv olan Gallus Pay NFC kartı ilə smart sayğac balansını artırmaq indi daha sürətli.
- Azərsu NFC Kartı: Android smartfonunuza MPAY tətbiqini yükləyərək qeydiyyatdan keçin və Azərsu NFC kart balansınızı asanlıqla artırın.
- Pul Köçürmələri: Həm karta, həm də cüzdana müxtəlif ödəniş mənbələri ilə asan və təhlükəsiz pul köçürmələri həyata keçirin.
İstifadəyə Başlamaq Üçün:
MPAY tətbiqini “Google Play” və ya “App Store” vasitəsilə mobil cihazınıza yükləyin. Qeydiyyat prosesi çox sadədir: nömrənizi daxil edin, telefonunuza göndərilən birdəfəlik şifrəni (OTP) təsdiqləyin və gələcəkdə giriş üçün öz şifrənizi təyin edin.
MPAY ilə ödəniş və köçürmələr artıq daha rahat və sürətlidir. Gəlin, siz də MPAY-in üstünlüklərindən yararlanaraq maliyyə əməliyyatlarınızı yeni səviyyəyə qaldırın!
MPAY QSC ilə rəqəmsal ödəniş sektorunda karyera imkanlarını kəşf edin!