eManat

Bakı şəhəri, Albert Aqarunov 7A
Follow us
Open Jobs - 0

About Company

Modenis MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul kisəsi/online ödəniş platformasını idarə edir.

Hazırda ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 2500-dən artıq, bütün ölkə ərazisində isə 4000-dən artıq köşk daxildir.

eManat ödəniş köşkləri və eManat+ platforması vasitəsilə 200-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür. Bu baxımdan şirkət həm köşklər həm eManat+ online platforması ilə istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.

Missiyamız

Bizim missiyamız xidmətlərin ödənişini sürətli, rahat, etibarlı və hamı üçün əlçatan etməklə insanların həyatını asanlaşdırmaqdır.

Bunun üçün biz ödəniş nöqtələrimizin ən ucqar yerlər də daxil olmaqla, bütün ölkə ərazisini əhatə etməsini, proqram təminatımıza, texniki xidmət və müştəri xidmətləri səviyyəmizi daim təkmilləşdirməklə, onların ən yüksək keyfiyyətdə qalmasını təmin edirik.

Prinsiplərimiz

  • Yüksək keyfiyyət
  • Etibarlılıq
  • Hörmət
  • Təkmilləşmə
  • Ədalətli rəqabət

Vizyonumuz

Azərbaycan ödəniş xidmətləri sahəsində bazar payı və gəlirlilik üzrə lider olmaqdır.

eManat ilə ödəniş xidmətləri sektorunda karyera qurun!

Şirkət ölçüsü
Orta sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
51 - 250

Be the first to review “eManat”