Xalq Sığorta

AZ1006, İnşaatçılar 22L, Bakı, Azərbaycan
Follow us
Open Jobs - 3

About Company

2005-ci ildən başlayaraq “Xalq Sığorta” ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasən Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 58 750 500 manat təşkil edir.

Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında Şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir. 

Xalq Sığorta ilə sığorta sektorunda karyera imkanlarını kəşf edin!

Şirkət ölçüsü
İri sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
251 və daha yuxarı

Open Position

Be the first to review “Xalq Sığorta”