Matanat A
About Company
Mətanət A
2000-ci ildə əsası qoyulan “Mətanət A” sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq innovativ texnologiyalarla qısa müddətdə aparıcı milli şirkətlərdən birinə çevrilmişdir. Müasir zavodlarımızda istehsal olunan məhsullar həm ölkədə, həm də xaricdə yüksək rəğbət qazanır və inşaat sektorunda qabaqcıl yerlərə malikdir.
Şirkətimiz, Azərbaycanda inşaat məhsulları istehsalında ilk dəfə olaraq ISO 9001:2008 (Keyfiyyətin İdarə Olunması) və ISO 14001:2004 (Ətraf Mühitin İdarə Olunması) sertifikatlarını əldə etmiş, beynəlxalq və milli keyfiyyət mükafatları ilə təltif olunmuşdur. Hal-hazırda 3 sistem və 24 mal qrupunda fəaliyyət göstərərək, 200-dən çox ticarət markası və 1000-dən artıq məhsul çeşidinə sahibik.
Yeniliklərə verdiyimiz önəm çərçivəsində, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunu və 2008-ci ildə işə başlayan Beton Qatqıları Zavodunu təsis etmişik. Məhsullarımızı Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixrac edirik.
VİZYONUMUZ Daim inkişaf edərək, inşaat materialları istehsalında yeniliklərlə yadda qalmaq.
MİSSİYAMIZ Fəaliyyətimiz, prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq.
ƏSAS DƏYƏRLƏRİMİZ Etibarlılıq, dürüstlük, prinsipiallıq, keyfiyyət və güvən.
MÜŞTƏRİLƏRİMİZ ÜÇÜN Müştərilərimizin ehtiyac və tələblərini yüksək keyfiyyətlə qarşılamaq və problemləri vaxtında həll etmək əsas prioritetlərimizdəndir.
Mətanət A ilə inşaat materialları sektorunda karyera imkanlarını kəşf edin!