Təmiz Şəhər

Bakı şəhəri, Xocalı pr. 55
Follow us
Open Jobs - 0

About Company

Şirkət haqqında

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən təsis olmuşdur. 2009-cu il martın 12-də “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən qurumdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan sərəncam və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlı 2 iyul 2022-ci il tarixli fərmanı ilə “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək, işğaldan azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.        

Şirkət ölçüsü
Orta sahibkar
İşçilərinin orta siyahı sayı (nəfər)
51 - 250

Be the first to review “Təmiz Şəhər”