Təhsilin İnkişafı Fondu
About Company
Şirkət haqqında
Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı ilə yaradılıb.
Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.
Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Fondun Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, habelə sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Nazirliyin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmr və sərəncamlarını rəhbər tutur.
Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Nizamnaməyə əsasən, Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
Təhsilin İnkişafı Fondu ilə təhsil sektorunda karyera imkanlarını kəşf edin!