SABIS® SUN International School

Binə qəsəbəsi, Zığ şossesi 22-ci km., H.Əliyev adına Beynəlxalq hava limanı istiqaməti, “Xəyal adası”. AZ 1123, Bakı, Azərbaycan.
Follow us
Open Jobs - 0

Send message to "SABIS® SUN International School"

Write a review

About Company

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır və hər il yeni bir sinif əlavə olunur. Hal-hazırda məktəbdə məktəbəqədər təhsil səviyyəsindən 12-ci sinfə qədər olan şagirdlər təhsil alır. Məktəb Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir. 

SABIS® Şəbəkəsinə üzv olan digər məktəblərdə olduğu kimi, SABIS® SUN həm yerli, həm də beynəlxalq icmalara xidmət göstərən çoxmillətli, qeyri-selektiv, birgə təhsil verən, müstəqil, ingilis dilli əyani məktəbidir. 

SABIS® SUN Beynəlxalq Məktəbində İngilis dili Azərbaycan ədəbiyyatı, coğrafiyası və tarixi istisna olmaqla bütün akademik fənnlərin tədrisində əsas dildir.

İngilis dili birinci dil  və dövlət dili olaraq Azərbaycan dilindən əlavə,  2018-2019-cu tədris ilindən başlayaraq SABIS® SUN Beynəlxalq Məktəbi Rus dilinin tədrisinə olduğu qaydada davam edəcək və Fransız dilini 3-cü dil kimi təqdim edəcək. 

SABIS® SUN International School-da təhsil sektorunda karyera və iş imkanlarını kəşf edin!

İşçilərinin orta siyahı sayı (nəfər)
51 - 250

Be the first to review “SABIS® SUN International School”