Your Selected

Norm OJSC

Texniki Dəstək Mütəxəssisi

Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) / (8 noyabr prospekti, Baku Bay Tower
10/04/2025
Application ends: 08/05/2025
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
08/05/2025

İşin təsviri

İş yeri: 3 gün zavod ofisi (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.) / 2 gün şəhər ofisi (8 noyabr prospekti, Baku Bay Tower).

Tələblər: 

  • İqtisadiyyat, Mühəndis İqtisadiyyatı və Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) təhsili
  • Əlaqədar sahə üzrə 1 ildən çox iş təcrübəsi
  • İngilis dili
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • Sement istehsalı, Sementin fiziki və kimyəvi parametrlərinin təhlili, Beton istehsalı və beton keyfiyyətinin təhlil edilməsi sahəsində texniki biliklər
  • Sement, beton, doldurucu və kimyəvi qatqılarla bağlı mövcud standartlar (EN, ASTM, GOST və s.) haqqında biliklər

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilərə və potensial müştərilərə texniki dəstək göstərmək və onların məmnuniyyətini təmin etmək
  • Müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün keyfiyyətlə bağlı şikayətlərə baxılması və problemlərin həll edilməsi
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi
  • Yeni məhsul və xidmətlərin hazırlanması üçün bazar tələblərini araşdırmaq və təkliflər vermək
  • Məhsulların keyfiyyət sertifikatlarını və hesabatlarını təmin etmək və müştərilərə təqdim etmək
  • Əlaqədar tərəflərlə sıx əməkdaşlığın təmin edilməsi (memarlar, universitetlər, institutlar, rəsmi qurumlar, müstəqil laboratoriyalar)
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək
  • Ödənilməmiş tələblərin aşkar edilməsi və həlli (layihə və spesifikasiyaların öyrənilməsi vasitəsilə)
  • Yekun həll yolunun işlənib hazırlanmasına dəstək (qarışıqların tərkibinin optimallaşdırılması və ya tərtib edilməsi, tətbiqi üzrə tövsiyələrin verilməsi, məhsulun sınaq edilməsi, yerində sınaqların aparılması, yeni məhsul)
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi
  • Beton Laboratoriyasının işinin təşkili, müvafiq sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması
  • Xammal hədəfləri üzrə illik planın tərtib edilməsinə dəstək göstərilməsi
  • Məhsulların fəal surətdə reklam edilməsi üçün sement və beton standartları ilə əlaqəli bazarda mövcud olan bütün tələblərin öyrənilməsi (bazardakı meyllərin (standartlar, qaydalar) öyrənilməsi və monitorinqi), məhsul/xidmətlərin sertifikatlaşdırılması üçün təkliflərin (qiymət, üstünlük, fayda) hazırlanması, sertifikatların alınması, texniki məlumatlarla təmin edilməsi
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq
  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Korporativ tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Unikal imtiyazlar paketi
  • CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 16.04.25