Your Selected

PASHA Life

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Bakı, “Sahil Plaza”, M.Useynov pr. 61, AZ1003
09/04/2025
Application deadline closed.
Son tarix:
Application deadline closed.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Sığorta portfeli üzrə sığorta risklərinin müəyyənləşdirilməsində və bu risklərin statistik/ekspert modellərindən və ya alətlərindən istifadə edərək qiymətləndirilməsini həyata keçirmək;
  • Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsində iştirak etmək və requlyativ kapital tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • Makroiqtisadi və idiosinkratik ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində və tədbirlər planının formalaşdırılmasında iştirak etmək;
  • Sığorta riskləri üzrə əsas risk göstəricilərini formalaşdırmaq, tətbiqini və hesabatlığını təmin etmək, aylıq sığorta riski hesabatını hazırlamaq;
  • Risk sağlamlıq indeksində sığorta riski üzrə kəmiyyət göstəricilərini rüblük əsasda hesablamaq;
  • Risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq və onların yenilənməsini təmin etmək;
  • Ölüm və əlillik riski üzrə proqnozlaşdırılan ehtimalların reallaşma göstəricilərini izləmək, qiymətqoyma prosesinə nəzarət etmək və gözlənilən sığorta ödənişlərinin reallaşma göstəriciləri əsasında vintaj analizi aparmaq;
  • Xitam üzrə analiz aparmaq, müqavilələrin davamlılıq əmsalını hesablamaq;
  • Risk məhsulları üzrə zərərlilik dərəcəsini hesablamaq və bu məhsullarla bağlı təkliflər vermək;
  • Şirkətdaxili risk mədəniyyətinin artırılması məqsədilə sığorta riski üzrə maarifləndirmə sessiyalarının həyata keçirilməsində iştirak etmək;
  • Qlobal və yerli bazarda sığorta riskləri üzrə trendləri izləmək və yeni risk faktorlarının şirkətə təsirini təhlil etmək;
  • Sığorta riski üzrə monitorinqlərin həyata keçirilməsini təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risklərin idarə edilməsi, aktuariat üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
  • Təhsili/ixtisası: Riyaziyyat, Maliyyə, İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı;
  • Üstünlüklər: MSSQL, Python, SOA, CAS imtahanları və FRM sertifikatın olunması;

Biz nə təklif edirik:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
  • Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
  • Peşəkar inkişaf və təlim imkanları
  • Dinamik və innovativ iş mühiti
  • Parkinq imkanı

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.