İşin təsviri

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Məlumat bazalarının fəaliyyətini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
  • Yeni məlumat bazalarını qurmaq, optimallaşdırmaq və sazlamaq;
  • Serverlərin və məlumat bazalarının əməliyyat sistemlərinin yenilənməsini planlaşdırmaq və həyata keçirmək;
  • Məlumat bazalarını müxtəlif mühitlərə (ehtiyat mərkəzlərinə) köçürmək və yüksək mövcudluq arxitekturalarını təşkil etmək;
  • Verilənlər bazası monitorinq və idarəetmə alətlərindən (Nagios, Prometheus,Zabbix, Oracle Cloud Control və s.) istifadə edərək performans izləmək, müntəzəm olaraq təhlil və optimallaşdırma aparmaq;
  • CDC (Change Data Capture) alətləri (Golden Gate) ilə məlumat sinxronizasiyasını təşkil etmək və replikasiya proseslərini idarə etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Əlaqəli sahələr üzrə);
  • Azərbaycan, İngilis və Rus dili bilikləri;
  • Oracle, PostgreSQL, MongoDB, MSSQL kimi məlumat bazaları üzrə praktik iş təcrübəsi (konfiqurasiya, optimallaşdırma, yüksək mövcudluq);
  • RDBMS və Oracle arxitekturasının dərindən anlaşılması, SQL və PL/SQL yazma bacarıqları;
  • Məlumat bazalarının performansını tənzimləmək və optimallaşdırmaq üçün müxtəlif metodlardan (indexing, query tuning, partitioning və s.) istifadə bacarığı;
  • Linux əməliyyat sistemində yetəri səviyyədə təcrübə və idarəetmə bacarıqları (failover mexanizmləri, virtualizasiya, containerization, və s.);
  • CDC (Golden Gate və s.) və verilənlər bazası replikasiya mexanizmləri ilə təcrübə;
  • Sahə üzrə beynəlxalq sertifikatlar (Oracle DBA, PostgreSQL və ya digər əlaqəli sahələrdə) üstünlükdür.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonunda yerləşən link-ə keçid edərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.