Anbar rəhbəri

Bashir Bunyadov 5Q, Bakikhanov, Baku,
03/10/2024
Application ends: 24/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
24/10/2024
1000AZN / month

İşin təsviri

Azmerika MMC – Anbar Rəhbəri (Nəqliyyat, Paylama və Logistika)

Tələblər:

  • Cins: Bəy
  • Yaş: 27 – 50
  • Təhsil: Natamam ali – Ali
  • İş təcrübəsi: Mövcud vəzifədə 1 ildən az olmamalıdır
  • Bacarıqlar: Məsuliyyətli, dürüst, ünsiyyət qurma bacarığı; komandada işləmə və idarəetmə bacarığı
  • Dil bilikləri: Azərbaycan (rus dilini bilənlərə üstünlük verilir)

İş barədə məlumat:

  • Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi, buraxılması və yenidən geri alınması
  • Anbar sahəsindən səmərəli istifadə etmək üçün düzgün yerləşdirilməsi və lazım olan materialların, inventarların asan axtarılması
  • Anbarda saxlanılan əmtəə maddi sərvətlərinin mühafizə rejiminə əməl edilməsi və əməliyyatların uçotunun aparılması
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət olunmasının təmin edilməsi
  • Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və avadanlıqların vəziyyətinə nəzarət
  • Yükleme-boşaltma işlərinə, rekvizitlərin yığılmasına və mühafizəsinə nəzarət
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasında iştirak
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası

İş qrafiki:

  • I-VI günlər
  • İstirahət günü: Bazar

Əmək haqqı:

  • 1000+ AZN (namizədin bacarıqlarına görə dəyişir)

Şirkət haqqında: Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Gənc şirkətimiz mühərrik yağı bazarında xüsusi nüfuza malikdir və ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.

Ünvan: Bashir Bunyadov 5Q, Bakikhanov, Baku, AZ1040


Müraciət: Tələblərə cavab verən namizədlərin CV-lərini [[email protected]] ünvanına göndərməsi xahiş olunur.

#Azmerika #AnbarRəhbəri #Logistika #Nəqliyyat #İşElanı #KaryeraFürsətləri #Bakı #İşTəklifi #BakıdaİşElanları