İşin təsviri
Azmerika MMC – Anbar Rəhbəri (Nəqliyyat, Paylama və Logistika)
Tələblər:
- Cins: Bəy
- Yaş: 27 – 50
- Təhsil: Natamam ali – Ali
- İş təcrübəsi: Mövcud vəzifədə 1 ildən az olmamalıdır
- Bacarıqlar: Məsuliyyətli, dürüst, ünsiyyət qurma bacarığı; komandada işləmə və idarəetmə bacarığı
- Dil bilikləri: Azərbaycan (rus dilini bilənlərə üstünlük verilir)
İş barədə məlumat:
- Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi, buraxılması və yenidən geri alınması
- Anbar sahəsindən səmərəli istifadə etmək üçün düzgün yerləşdirilməsi və lazım olan materialların, inventarların asan axtarılması
- Anbarda saxlanılan əmtəə maddi sərvətlərinin mühafizə rejiminə əməl edilməsi və əməliyyatların uçotunun aparılması
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət olunmasının təmin edilməsi
- Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və avadanlıqların vəziyyətinə nəzarət
- Yükleme-boşaltma işlərinə, rekvizitlərin yığılmasına və mühafizəsinə nəzarət
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasında iştirak
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası
İş qrafiki:
- I-VI günlər
- İstirahət günü: Bazar
Əmək haqqı:
- 1000+ AZN (namizədin bacarıqlarına görə dəyişir)
Şirkət haqqında: Azmerika MMC 2019-cu ilin dekabr ayından etibarən bir çox xarici brendlərin rəsmi distribütorluğunu həyata keçirir. Gənc şirkətimiz mühərrik yağı bazarında xüsusi nüfuza malikdir və ABŞ brendi olan AMSOIL, Kanada brendi olan Petro-Canada mühərrik yağlarının, həmçinin Tayvan markası olan Maxxis təkərlərinin Azərbaycandakı yeganə rəsmi distribütorudur.
Ünvan: Bashir Bunyadov 5Q, Bakikhanov, Baku, AZ1040
Müraciət: Tələblərə cavab verən namizədlərin CV-lərini [[email protected]] ünvanına göndərməsi xahiş olunur.
#Azmerika #AnbarRəhbəri #Logistika #Nəqliyyat #İşElanı #KaryeraFürsətləri #Bakı #İşTəklifi #BakıdaİşElanları