Anbardar

Ulduz metrostansiya yaxınlığı
02/10/2024
Application ends: 21/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
21/10/2024
700AZN - 800AZN / month

İşin təsviri

İş haqqında:

  • Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək; 
  • Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
  • Mədaxil və məxaric olunan malların 1C proqramına işləmək və gündəlik hesabatları təqdim etmək və qalıqların düzgün olmasını təmin etmək
  • Anbar üzrə malların dövriyyəsini analiz etmək və digər lazımı hesabatları təqdim etmək
  • İş gününün əvvəlində və sonunda anbarda olan malların təftişini etmək, məlumatları rəhbərinə bildirmək 

İş şəraiti:

  • İş qrafiki: 6 günlük 
  • İstirahət günləri- Bazar;
  • Nahar vaxtı 13:00-14:00;
  • Ünvan: Ulduz metrostansiya yaxınlığı
  • Əmək haqqı: 700-800 AZN

Namizədə tələblər:

  • 1C 8.3 bilikləri zəruridir
  • Ofis proqramları: MS office (əsasən excel)
  • İş təcrübəsi: 1 il
  • Məsuliyyətli, dəqiq və peşakar 
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı 

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV)  qeyd edilmiş elektron ünvanına mövzu hissəsində “Anbardar” qeyd etməklə göndərə bilərlər.

#Anbardar #Vakansiya #Anbarİşi #Logistika #1CBilikləri #PROCONizo #Bakıİş #Tikintiİşləri #Karyera #İşElanı

Şirkət haqqında

“PRO CON izo” şirkəti olaraq 2011-ci ildən bu günə kimi hər zaman müştəri məmnuniyyəti, keyfiyyətli xidmət, dürüstlük və səmimiyyət çərçivəsində fəaliyyət göstərmişik. Əsas hədəfimiz sizlərə daim artmaqda olan təcrübəmiz və etibarımızla xidmət etmək olmuşdur. Müasir tikililərin rahatlıq, təhlükəsizlik və estetik tələbatlarımıza tam cavab verə bilməsi üçün inşaatın bütün mərhələlərində izolyasiya sistemləri mühüm rol oynayır. Bu sistemlər isə yalnız yüksək texnologiya və etibarlı kimyəvi tərkibli maddələrlə uzunömürlü olur. 8 illik təcrübəmiz əsasında həm Azərbaycan, həm də regional tikinti sektorunun inşaat sistemlərində təcrübəli texniki və mühəndis heyətinin fəaliyyətilə birlikdə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edirik. Geniş məhsul kateqoriyalarımızda su izolyasiyası məhsulları, dekorativ və sənaye tipli döşəmə örtükləri, istilik izolyasiyası və montalama sistemləri, temperatur tikişlər üçün həllər, beton qoruma və gücləndirmə sistemləri, beton qatqıları, akustik panellər, beton kəsim və deşimi kimi çeşidli məhsul qrupları vardır. Əməkdaşlıq etdiyimiz şirkətlərin dünya standartlarına cavab verən məhsulları hazırda bir çox ölkələrdə binaların uzunömürlülüyünü və insanların rahatlığını təmin etməkdədir.