İşin təsviri
Anbardar köməkçisi
Şirkət: Global Interiors Group
Sahə: Tikinti, Dizayn, Nəqliyyat, paylama və logistika
İş şəraiti:
- Pozisiya: Anbardar köməkçisi
- İş yeri: Şıxov
- Yaş: 25-45 yaş arası
- İş qrafiki: 5/1 (bəzən 6-cı günlər yarım iş günü)
- Əmək haqqı: 800-1000 AZN (namizədin biliyi və bacarıqlarına əsasən)
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun
Namizədə tələblər:
- Anbar sahəsində minimum 1 il iş təcrübəsi
- Ali təhsil
- Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır)
- Ofis proqramlarından (xüsusən Excel) sərbəst istifadə bacarığı
- Bölgelərə bir neçə günlük ezamiyyətə göndərilməyə hazır olmalıdır
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Yüklərin faktiki miqdarını və vəziyyətini yoxlamaq
- Anbara verilən sorğuları vaxtında cavablandırmaq
- Qaimə və hesab fakturalar əsasında prosesləri həyata keçirmək
- Malların səliqəli şəkildə yığılmasını təmin etmək
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək
- İşçilər arasında iş bölgüsünü aparmaq və davamiyyətə nəzarət etmək
- Anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını təmin etmək
Müraciət:
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə, “Anbardar köməkçisi” mövzu hissəsində qeyd edərək şəkilli CV-lərinizi elektron poçt ünvanına göndərin.
Şirkət haqqında:
Global Interiors Group 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Tikinti, interyer dizaynı, mebel sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət, layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir, müştərilərə biznes plan və layihə büdcəsinin hazırlanmasında kömək edir.
Ünvan:
Bakıxanov küç. 24, Bridge Plaza, 13-cü mərtəbə, Bakı, AZ1065, Azərbaycan
Əlaqə nömrəsi:
(+99412) 404 50 00
Vebsayt:
#AnbardarKöməkçisi #Vakansiya #GlobalInteriorsGroup #Nəqliyyat #Logistika #Şıxov #İşElanı