Anbardar (Qida sahəsi)

Bakı şəhəri, Badamdar qəsəbəsi
03/10/2024
Application ends: 25/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
25/10/2024
700AZN / month

İşin təsviri

Şirkət: “Privite Facility Management” MMC
İş yeri: Bakı şəhəri, Badamdar qəsəbəsi

İşin təsviri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
  • istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;

Tələblər:

  • Təhsil – Ali.
  • Çinsi – Kişi.
  • Yaş həddi – 25-40 yaş.
  • İş təcrübəsi 2 il
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti.
  • Komandada işləmək bacarığı.
  • MS Excel/ 1 C proqram biliyi.

Qeyd

  • Ünvan: Badamdar qəsəbəsi
  • Əmək haqqı: 700 manat.
  • Qidalanma şirkət tərəfindən təşkil olunub.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Anbardar” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.

  • Ünvan: Bakı şəh, Nərimanov rayonu, Məmməd Araz122
  • Vebsayt: pfm.ae

#Anbardar #Logistika #İşElanı #QidaSənayesi #Təchizat #Anbarİdarəçiliyi #Bakıİş #Karyera #İşAxtarışı #TəcrübəliKadrlar