Anbarlar üzrə menecer

Bakı, Abbas Mirzə Şərifzadə 241
18/09/2024
Təcili
Application ends: 13/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
13/10/2024
2000AZN - 2500AZN / month

İşin təsviri

Vəzifə funksiyaları:

  • Şirkətlər qrupuna daxil olan şirkətlərdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
  • Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək; 
  • Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək; 
  • Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə hesabatları təqdim etmək.

Vəzifəyə olan tələblər:

  • Biznesin idarə olunması və ya texniki sahədə ali təhsil;
  • Müvafiq sahədə 3 – 5 il təcrübə;
  • Maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi biliklərə malik olmaq;
  • 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
  • Ofis proqramları işləmək təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan dili, yazılı formatda rus və ingilis dillərində mal-material kataloqları və terminologiyanı ilə işləmək bacarığı;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı; 
  • Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;

Əmək şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2000-2500 AZN net

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Anbar üzrə menecer ” yazaraq [email protected] mail ünvanına göndərə bilərlər.

AnbarMeneceri #İşElanı #Bakıİş #Karyera #MenecerVakansiya #AvantGroup #AnbarIdarəçiliyi #Logistika

Şirkət haqqında

Avant çoxfunksiyalı və geniş infrastrukturlu yaşayış kompleksləri eləcədə premium və lyuks seqmentində layihələr icra edir.