Aparıcı Qrafik Dizayner

Heydər Əliyev pr. 2, Göygöl, Azərbaycan, AZ2500
16/09/2024
Təcili
Application ends: 11/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
11/10/2024

İşin təsviri

İşin təsviri

  • Şirkətin marketinq və reklam materiallarının dizaynını hazırlamaq.
  • Sosial media səhifələri üçün postları hazırlamaq
  • Broşürlar, posterlər, stend maketlərinin brendingi və digər vizual materiallar yaratmaq.
  • Müxtəlif layihələr üçün kreativ konsepsiyalar və dizaynlar hazırlamaq.
  • Məhsul etiketləri, qablaşdırma və marketinq materialları üçün yüksək keyfiyyətli dizaynlar hazırlayıb mockup versiyasında təqdim etmək.
  • Bazar araşdırması edib kreativ dizaynları hazırlayıb təqdim etmək.
  • Layihə müddətində təyin olunan “Deadline”-lara riayət etmək.
  • Dizayn trendlərini (pinterest, behance və s) izləmək və yeni texnologiyalar(trendlər) haqqında məlumatlı olmaq.

Tələblər

  • Qrafik dizayn sahəsində ən azı 5 il iş təcrübəsi.
  • Adobe Creative Suite (Photoshop, Illustrator) proqramlarını yüksək səviyyədə bilmək. 3D proqramları, Adobe premiere, Adobe Aftereffects arzuolunandır.
  • Güclü vizual və kreativ bacarıqlar.
  • Layihə menecmenti və zaman idarəetməsi bacarıqları.
  • Təfərrüatlara diqqət yetirmək və dəqiqlik.
  • Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları.
  • Portfolionun təqdim edilməsi (mütləqdir).

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 – 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Dizayner” yazıb [email protected]  və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur

#QrafikDizayner #GöygölŞərab #İçkiİstehsalı #Bakıİş #DizaynVakansiyası #AdobePhotoshop #KreativDizayn #İşElanı #Dizaynİşləri #Portfolio

Şirkət haqqında – Göygöl Şərab Zavodu ASC

“Göygöl Şərab zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.

Hazırda müxtəlif növ spirtli içki istehsal edən «Göygöl Şərab» ASC öz yeni inkşaf mərhələsinə qədəm qoymuşdur – müəssisəmizdə yüksək keyfiyyətli konyak və şərab məhsulları,  araq,  klassik üsulla hazırlanan kolleksiyon şampan, eləcə də alkoqolsuz sərinləşdirici içkilər də istehsal edilməkdədir.

​İndi şirkət özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuşdur, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır