Avrora

Keyfiyyətə nəzarət mühəndisi (Elektrik)

Avrora Sənaye Parkı (Hökməli)
10/05/2025
Application deadline closed.
Son tarix:
Application deadline closed.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Elektrik işlərinin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğuna nəzarət edilməsi;
  • Quraşdırma və istismara vermə mərhələlərində yoxlama və sınaqları təşkil edilməsi və sənədləşdirilməsi;
  • Gündəlik keyfiyyət nəzarəti planlarını həyata keçirilməsi və yoxlama aktlarını (IR), material təsdiq formlarının (MAR) hazırlanması;
  • Kabel döşəmə, tray-ların quraşdırılması, torpaqlama və qoruyucu sistemlərin düzgün icrasına nəzarət edilməsi;
  • Elektrik avadanlıqların (panel, transformator, MDB, DB, UPS və s.) quraşdırılmasına dair texniki nəzarətin aparılması;
  • Uyğunsuzluqların (NCR) aşkarlanması, qeydiyyata alınması və düzəldici/preventiv tədbirlərin təqib edilməsi;
  • Podratçıların hazırladığı İPC lərin elektrik hissəsinin yoxlanması;
  • BoQ üzrə görülmüş işlərin həcmlərinin və materialların uyğunluğunun yoxlanması;
  • Ümumi iş gedişatının qrafikə uyğunluğunun nəzarətdə saxlanılması;
  • Ehtiyac yarandıqda elektrik işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
  • Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
  • Yekun testlər və istismara vermə sənədlərinin hazırlanmasında iştirak edilməsi;
  • Layihə rəhbərinə mütəmadi hesabatın təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • AutoCAD, MS Office, ETAP( üstünlükdür) proqramları üzrə biliklər  ;
  • Elektrik sistemlərinin quraşdırma standartları üzrə biliklərə sahib olmaq(NEC, IEC, BS, ISO və s.).
  • Aşağı gərginlikli sistemlər, torpaqlama, işıqlandırma, enerji təchizatı, generator və UPS sistemləri üzrə texniki biliklərə sahib olmaq;
  • Elektrik sınaqları: izolyasiya müqaviməti, dövrə davamlılığı, torpaqlama müqaviməti, termoqrafiya və s. üzrə təcrübə;
  • Keyfiyyətə dair sənədlərin və texniki hesabatların düzgün və səliqəli tərtibi;
  • Əməliyyatda texniki problemlərin aşkarlanması və həlli bacarığı;
  • Elektrik təhlükəsizliyi qaydaları və tətbiqi prosedurlar üzrə biliklərə sahib olmaq;
  • Sahə quraşdırma işlərinin təşkilində podratçı ilə birgə çalışma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali; (Elektrik mühəndisliyi, Energetika və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi: Minimum 5 il elektrik üzrə sahə və ya QA/QC mühəndisi kimi iş təcrübəsi (əlavə olaraq maintenance təcrübəsi olması üstünlükdür.)

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (Elektrik)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.