Azerconnect Group
People Development Specialist/ Kadrların inkişafı üzrə mütəxəssis
İşin təsviri
İş qrafiki: Standart
Funksiya: İnsan Resursları
Sizin vəzifə öhdəlikləriniz:
- Mövcud təlim imkanları ilə bağlı işçilərə müxtəlif kommunikasiyalarda köməklik etmək və lazımi məlumatları təqdim etmək;
- Təşkilat məqsədləri ilə uyğunlaşdırılmış müxtəlif öyrənmə və inkişaf layihələri icra etmək;
- Öyrənmə və inkişaf üzrə məlumatları analiz etmək və rəhbərliyə hesabatlar hazırlamaq;
- Təlim və inkişafla bağlı bütün şirkət əməkdaşlarına məsləhət vermək;
- Bazar araşdırması aparmaq, sahə üzrə tendensiyalarından xəbərdar olmaq və fəal şəkildə öyrənmə təşəbbüsləri təklif etməklə yeni ideyalar təqdim etmək;
- Liderlik inkişaf proqramlarının icrasına nəzarət etmək, həm rəqəmsal, həm də üz-üzə təlim fəaliyyətlərini əlaqələndirmək, onlayn modullar, seminarlar və virtual sessiyaları təşkil etmək;
- Müqavilələr üzrə danışıqlar aparmaq, performansı qiymətləndirmək və təşkilati ehtiyaclara uyğunluğu təmin etməklə satıcı münasibətlərini səmərəli şəkildə idarə etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Vəzifənin tələbləri:
- İnsan Resursları, Kommunikasiya, Biznesin idarə edilməsi üzrə bakalavr təhsili;
- Nəticə ilə öyrənmə həllərinin hazırlanması və təqdimatı;
- Bir neçə proqramı eyni zamanda idarəetmə;
- İR sahəsində 3 ilədək təcrübə;
- Təlim və inkişaf sahəsində təcrübə;
- İR layihələrində təcrübə;
- Azərbaycan dili- mükəmməl və İngilis dili – yüksək;
- MS Office proqramları üzrə təcrübə (xüsusilə Excel).
- HRCİ/SHRM sertifikasiyası üstünlükdür
- Layihələrin idarə edilməsi üzrə bilik və təcrübə üstünlükdür
Bizim dəyərlərimiz:
- Müştəriyə xidmət edək: Öncə müştəri
- Birlikdə hərəkət edək: Hər zaman komanda işi
- Etibarlı davranaq: Etibarlı və şəffaf
- Fikrimizi bildirək: Cəsarətli və çağırışçı
- Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya
- Performans əsasında həvəsləndirici və bonuslar
- Əlavə imtiyazlar
- Performansa əsaslanan mədəniyyət
- Müxtəlif təhsil və inkişaf imkanları
- Karyera inkişaf imkanı
- Hibrid iş imkanı
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
- Innovativ məhsullar və rəqəmsallaşma
- Beynəlxalq təcrübə
- Yüksək bacarığa malik peşəkar komanda
- Kross-funksional əməkdaşlıq
- Təcrübə mübadiləsi
Maraqlanan namizədlər cv-lərini Müraciət et butonunda yerləşən link vasitəsi ilə göndərə bilərlər.