İşin təsviri

Müəssisə: QIDA -AGRO MMC

Tələblər:

  • Kimya, Biokimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
  • Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

  • Laboratoriyaya daxil olan nümunələr üzrə analizləri iş təlimatlarına uyğun olaraq yerinə yetirmək və nəticələri müvafiq formalar və ya kompüter proqramları vasitəsilə qeydə almaq.
  • Yerli və beynəlxalq standartlara uyğun analizlər aparmaq və alınan nəticələri müvafiq şəxslərə bildirmək.
  • Laboratoriyada istifadə edilən məhlulları və qarışıqları hazırlamaq, avadanlığı və cihazları işə hazır vəziyyətdə saxlamaq.
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edərək təhlükəsiz iş mühiti yaratmaq.
  • Təlimlərdə iştirak edərək yeni bilik və bacarıqları əldə etmək, vəzifə üzrə peşəkar inkişafı təmin etmək.
  • Qrup daxilində bütün bölümlərlə sıx əməkdaşlıq edərək effektiv iş mühiti yaratmaq.
  • Keyfiyyətə nəzarət və laboratoriya nəticələrindəki uyğunsuzluqları müəyyən etdikdə müvafiq şəxslərə dərhal məlumat vermək və uyğunsuzluqları yazılı şəkildə qeyd etmək.
  • Analizləri və kalibrləmə yoxlamalarını vaxtında və düzgün yerinə yetirmək və nəticələrə əsasən qərar qəbul etmək.
  • Avadanlıq və ölçü vasitələrini düzgün istifadə etmək və saxlanmasını təmin etmək.
  • İstehsalat prosesindəki uyğunsuzluqları müəyyən etdikdə, əlaqədar rəhbərlərə məlumat verərək tədbirləri izləmək.
  • Məhsulun bütün istehsal ardıcıllığını izləmək və yaranan problemlər barədə Baş Inspektora məlumat vermək.
  • Texnoloji parametrlərdəki uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və düzəlişlər üçün təkliflər hazırlamaq.
  • Hazır məhsulda rast gəlinən uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və problemlərin aradan qaldırılmasını təmin etmək.
  • Məhsul və palet üzərində izlənəbilirliyi təmin etmək üçün lazım olan məlumatların düzgün və tam olmasına diqqət yetirmək.exniki təchizat və avadanlıqların nasazlıqları barədə məlumat vermək və onların aradan qaldırılması üçün tədbirləri izləmək.
  • İstehsal və anbar sahələrində təmizlik və gigiyena şərtlərinin qorunmasına nəzarət etmək, uyğunsuzluqları müvafiq şəxslərə bildirmək.
  • Məhsulun düzgün və təhlükəsiz yüklənməsi və nəqliyyat vasitələrinə yüklənmədən əvvəl yoxlanması.
  • Hər növbə sonunda lazımi hesabatları düzgün şəkildə doldurmaq, baş inspektora gündəlik fəaliyyətlər barədə məlumat vermək.
  • Xammaddə, köməkçi maddələr və son məhsulun saxlama şərtlərinə riayət etməyə nəzarət etmək, uyğunsuzluqların dərhal aradan qaldırılmasını təmin etmək.
  • Əmək mühafizəsi, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına tam əməl etmək və işçilərin təhlükəsizliyini təmin etmək.
  • Gündəlik fəaliyyətlər üzrə hesabatlar təqdim etmək və bütün sənədləşməni düzgün şəkildə arxivləşdirmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • İstirahət günü: Şənbə və Bazar günü

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar xidməti şirkət tərəfindən təmin edilir
  • İş yeri: İmişli şəhəri Qida Agro MMC

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə inspektor (İmişli)” qeyd etməyiniz xahiş olunur.