AZINTELECOM
Auditor
İşin təsviri
Departament: Audit şöbəsi
Vəzifə öhdəlikləri:
- İllik Daxili Audit planına uyğun və plandankənar risk əsaslı audit layihələrinin planlaşdırılması və icrası;
- İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
- Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
- Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili
- Audit üzrə Peşəkar Təcrübənin Beynəlxalq Əsaslarına (Daxili Audit Standartları, Daxili Audit üzrə Peşəkar Təcrübənin Əsas Prinsipləri, Etika Məcəlləsi) əsasən icra edilməsi;
- Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və maliyyə sahəsində ən azı 2 il iş təcrübəsi;
- PL/SQL, Oracle və ya digər verilənlər bazası ilə işləmə bacarıqları;
- CIA, ACCA, CISA, CRMA, COSO, COBİT sertifikatlara sahib namizədlərə üstünlük verilir;
- Microsoft Office proqramlarında işləmək bacarıqları;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ya ingilis dili üstünlükdür);
- Analitik düşünmə və müstəqil araşdırma bacarığı
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərə bilərlər.