İşin təsviri

Departament: Audit şöbəsi

Vəzifə öhdəlikləri:

  • İllik Daxili Audit planına uyğun və plandankənar risk əsaslı audit layihələrinin planlaşdırılması və icrası;
  • İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
  • Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili
  • Audit üzrə Peşəkar Təcrübənin Beynəlxalq Əsaslarına (Daxili Audit Standartları, Daxili Audit üzrə Peşəkar Təcrübənin Əsas Prinsipləri, Etika Məcəlləsi) əsasən icra edilməsi;
  • Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və maliyyə sahəsində ən azı 2 il iş təcrübəsi;
  • PL/SQL, Oracle və ya digər verilənlər bazası ilə işləmə bacarıqları;
  • CIA, ACCA, CISA, CRMA, COSO, COBİT sertifikatlara sahib namizədlərə üstünlük verilir;
  • Microsoft Office proqramlarında işləmək bacarıqları;
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ya ingilis dili üstünlükdür);
  • Analitik düşünmə və müstəqil araşdırma bacarığı
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərə bilərlər.