İşin təsviri

Vəzifə üzrə tələblər:

  • Büdcənin Planlaması və Proqnozlaşdırılması
    • Struktur rəhbərləri ilə əməkdaşlıq edərək illik büdcə layihəsini hazırlamaq və idarə etmək;
    • Maliyyə nəticələrini proqnozlaşdırmaq və büdcə ilə fakt arasındakı fərqlər, trendlər və potensial risklər barədə mütəmadi yeniləmələr təqdim etmək.
  • Maliyyə Təhlili və Xərclərin İdarə Edilməsi
    • Müxtəlif istiqamətlər üzrə xərcləri təhlil edərək optimallaşdırma imkanlarını müəyyənləşdirmək;
    • Büdcə istifadəsini izləmək və maliyyə hədəflərinə riayət olunmasını təmin edərək hesabatlar hazırlamaq.
  • Hesabatlılıq və Maraqlı Tərəflərlə Ünsiyyət
    • Rəhbərliyə və müxtəlif funksional komandalara təqdim etmək üçün hərtərəfli maliyyə hesabatları, dashboard və təqdimatlar hazırlamaq;
    • Büdcə planlarını, yeniləmələri və tövsiyələri həm texniki, həm də qeyri-texniki komandalara aydın şəkildə təqdim etmək.
  • Prosesin Təkmilləşdirilməsi və Uyğunluq
    • Təşkilati məqsədlərə uyğun büdcə siyasəti, prosedurları və ən yaxşı təcrübələri işləyib hazırlamaq və təkmilləşdirmək;
    • Daxili nəzarət mexanizmləri, maliyyə qaydaları və xarici audit tələblərinə uyğunluğu təmin etmək.
  • Çoxfunksiyalı Əməkdaşlıq
    • Büdcə məlumatlarını layihə planlamasına və strateji təşəbbüslərə inteqrasiya etmək üçün layihə menecerləri, məhsul komandaları və maliyyə üzrə əməkdaşlarla əməkdaşlıq etmək.
    • Yeni texnologiyaların tətbiqini və ya xidmət genişləndirmələrini dəstəkləmək üçün əlavə maliyyə təhlili və məsləhətlər vermək.

Tələb olunun biliklər:

  • Təhsil
    • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Peşəkar Təcrübə
    • Büdcələşdirmə, maliyyə planlaşdırılması və ya xərclərin təhlili sahəsində minimum 3 illik təcrübə.
  • Texniki Bacarıqlar
    • Yüksək səviyyədə Excel və maliyyə modelləşdirmə bacarıqları.
    • Maliyyə proqramları və ERP sistemləri ilə tanışlıq.
    • Bulud texnologiyaları xərclərini ilkin səviyyədə anlama.
  • Analitik və Problemlərin Həlli Bacarıqları
    • Mürəkkəb maliyyə məlumatlarını şərh edərək praktik və icra edilə bilən nəticələr əldə etmək bacarığı.
    • Detallara yüksək diqqət və sistemli yanaşma.
  • Ünsiyyət və Əməkdaşlıq
    • Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları (Rus dili arzuolunandır).
    • Fərqli funksional komandalarda çalışmaq və maliyyə konseptlərini qeyri-maliyyə işçilərinə izah etmək bacarığı.
  • Sertifikasiya
    • ACCA sertifikatları (Financial Accounting (FA) və Financial Reporting (FR)).

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərə bilərlər.