İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kart müştəri bazasının analiz olunması və müştəri aktivliyinin artırılması üçün kampaniyaların həyata keçirilməsi;
  • İnnovativ kart məhsul və texnologiyalarını yaradılması üçün təkliflərin verilməsi;
  • Cari kart məhsul və xidmətləri üzrə dəyişiklik təkliflərinin hazırlanması və tətbiqi;
  • Mövcud olan qeyri-kredit bank məhsulları üzrə davamlı olaraq hesabatların hazırlanması və aparılmasını icra edir
  • Şöbəyə daxil olan qeyri-kredit bank məhsulları ilə bağlı bütün təklifləri dəyərləndirir, maraqlı təklifləri müzakirəyə çıxarır və bununla bağlı öz təkliflərini verir.

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində;
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta;
  • SQL üzrə biliklər;
  • MS Office proqramları ilə yüksək işləmə bacarığı;
  • Sahə üzrə 2 il iş təcrübəsi.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.